“Sənaye 4.0: Hakaton 2025”ə qeydiyyat başlayıb

Dekabrın 19-20-də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən iki mərhələli “Sənaye 4.0: Hakaton 2025” tədbiri keçiriləcək.
Mərkəzin məlumatına görə, yarışmanın məqsədi Sənaye 4.0 sahəsində innovativ həllərin yaradılmasını təşviq etməkdir.

Tədbirin ilk günü ideyaton keçiriləcək. Dövlət və özəl sektor nümayəndələri, “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulmuş müəssisələr və açıq çağırış əsasında seçilmiş iştirakçılar sənaye sahəsində mövcud problemləri birgə müzakirə edəcək və hakatonun əsas mövzusunu müəyyənləşdirəcəklər.

İkinci gün komandalar seçilmiş mövzu ətrafında texnoloji həllər üzərində işləyəcəklər. İştirakçılar proqram təminatı, süni intellekt, data analitikası və rəqəmsal platformalar sahələrində intensiv çalışaraq, mentorların dəstəyi ilə ideyalarını işlək demo formaya gətirərək münsiflər heyətinə təqdim edəcəklər.

İştirak etmək istəyənlər 16 dekabr tarixinədək qeydiyyatdan keçməlidirlər. Daxil olan müraciətlər süni intellekt əsaslı sistem tərəfindən avtomatik qiymətləndiriləcək və meyarlara uyğun olan namizədlər növbəti mərhələdə iştirak üçün dəvət olunacaqlar.

Hakaton zamanı təqdim edilən prototiplər ideyanın innovativliyi, texniki reallaşdırmanın səviyyəsi, süni intellekt tətbiqinin keyfiyyəti, interfeysin istifadəyə yararlılığı, həllin praktiki dəyəri, komanda işi, təqdimat bacarığı və məhsulun inkişaf potensialı üzrə qiymətləndiriləcək.

Yekun nəticəyə əsasən ən yüksək bal toplamış üç komanda müvafiq olaraq birinci yer 3000 AZN, ikinci yer 2000, üçüncü yerr 1500 AZN məbləğində mükafat əldə edəcək.
İştirakçılar 3-5 nəfərlik komandalar şəklində https://hackathon-industry4.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Əhalinin gəlirləri 8 faizdən çox artıb

Əhalinin gəlirləri 8 faizdən çox artıb Bu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin…
►►►
İqtisadiyyat / Biznes

Qızıl və gümüşün hasılatında artım var

Qızıl və gümüşün hasılatında artım var Bu ilin yanvar-noyabr aylarında ölkədə 2…
►►►
İqtisadiyyat / Biznes

Pərakəndə elektron ticarət dövriyyəsi nə qədər olub?

Pərakəndə elektron ticarət dövriyyəsi nə qədər olub? Bu ilin yanvar-noyabr aylarında…
►►►

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir