Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir

Şirkət məktəblilərin “Sən onları görməmisən?” kitabının hazırlanmasına dəstək olub.

5 dekabr tarixində Azercell-in dəstəyi, Azərbaycan Beynəlxalq Məktəbi (TISA) və Roller Bird nəşriyyat evinin tərəfdaşlığı ilə hazırlanan “Sən onları görməmisən?” kitabının təqdimatı keçirilib.

Məktəblilərin araşdırmalarına əsaslanan bu nəşr Azərbaycan faunasının nadir və təhlükə altında olan canlılarından biri – Xəzər suitisinin qorunmasına həsr olunub. Layihənin məqsədi uşaqlarda ətraf mühitə qarşı həssaslığın və sosial məsuliyyət hissinin erkən yaşlardan formalaşdırılmasını, həmçinin mütaliə və yaradıcı düşüncə bacarıqlarının inkişafını təşviq etməkdir.

TISA-da keçirilən təqdimat zamanı şagirdlər Xəzər hövzəsində məskunlaşan nadir canlılarla bağlı ekoloji məsələləri gündəmə gətirib. Uşaqlar layihənin ətraf mühitin mühafizəsi və təbiətə qarşı məsuliyyətli yanaşma vərdişlərinin formalaşdırılmasına töhfə verdiyini bildiriblər. Onlar təşəbbüslərinin reallaşdırılmasına göstərilən dəstəyə görə Azercell-ə təşəkkür edib, bu təşəbbüsün ekoloji maarifləndirmə baxımından dəyərli təcrübə olduğunu vurğulayıblar .

Nəşrin daha geniş auditoriya üçün əlçatanlığını təmin etmək məqsədilə kitab Azərbaycan və ingilis dillərində çap olunub.

Qeyd edək ki, “Sən onları görməmisən?” kitabı ilk dəfə bu il Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Kitab, maarifləndirici təsirini artırmaq məqsədilə Azərbaycanın bütün bölgələrindəki məktəblərə paylanacaq.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►