Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Demet Akalın konserti

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib.

Rockvell.com  xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarını cavablandıran Demet Akalın bildirib ki, bu konsert Bakıda verdiyi ən böyük konsertdi:

“Bakını çox sevirəm. Burada yaxın dostlarım var. Həmişə bura tədbirlərə, toylara gəlirik. Bələ böyük bir konsert tələb məsələsidir. Siz istəyin, biz gələk. İki saatlıq yoldur, niyə gəlmirik?”

Müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektləri ilə müşayiət olunan konsert yüksək enerji ilə qarşılanılıb. Zala toplaşan tamaşaçılar pop musiqisinin kraliçasını böyük coşqu və alqışlarla qarşılayıblar.

Gecə üçün müğənnini dünyaca məşhur stilist Anar Ağakişiyev hazırlayıb. Konsertdə iki geyim dəyişən Demet Akalın səhnə geyimləri ilə tamaşaçıların xüsusi diqqətini çəkib.

Konsert ərzində Demet Akalın uzun illərdir dillər əzbəri olan hit mahnıları ilə yanaşı, son dövrlərdə təqdim etdiyi yeni ifalarını da səsləndirib. Bununla yanaşı, sənətçi bir sıra həmkarlarının repertuarından seçilmiş məşhur mahnıları da özünəməxsus şəkildə ifa edib.

Salonu dolduran tamaşaçılar müğənnini ayaqüstə alqışlayıb, mahnılara birlikdə qoşularaq konsertə xüsusi atmosfer qatıblar.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub Azərbaycan Respublikası…
►►►
İncəsənət / Dəb

Qırğız Milli Filarmoniyası Bakıda “Cəmilə” tamaşasını təqdim edib

Qırğız Milli Filarmoniyası Bakıda “Cəmilə” tamaşasını təqdim edib Aprelin 16-da…
►►►
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►