“ABB-Qarabağ” kobrend kartı buraxılır

ABB ilə “Qarabağ” Futbol Klubu arasında memorandum imzalanıb. Bu anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə tutur.

İmzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Qarabağ Futbol Klubunun prezidenti Tahir Gözel imza atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş etdirilib.

Kart yaxın aylarda premium və standart növdə bazara təqdim olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın oyunlarını stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi endirimlər və s. bu kimi imtiyazlar qazanacaqlar.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “ABB-Qarabağ” kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə bağlılığı daha da artıracağını bildirib: “Bu kartla hər əməliyyat insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə, “Qarabağ” Futbol Klubunun isə öz azarkeşləri ilə kommunikasiya mədəniyyətində də yeni bir səhifə açacaq”.

“Qarabağ” Furbol Klubunun prezidenti Tahir Gözel qeyd edib: “ABB ilə tərəfdaşlığımız bu ilin yay aylarından başlanıb və qısa müddət ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İnnovasiya fəaliyyəti üzrə…
►►►
İqtisadiyyat / Biznes

Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib 

Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib Unibank 2025-ci il ərzində…
►►►
İqtisadiyyat / Biznes

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin Rahat…
►►►