Gökhan Özen Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

Gökhan Özen Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

Türkiyənin məşhur sənətçisi Gökhan Özen “Event Office”nin təşkilatçılığı ilə Bakıda konsert proqramı ilə çıxış edib.

Konsert Heydər Əliyev Sarayında baş tutub və musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Gökhan Özen səhnədə öz simfonik orkestri ilə birlikdə canlı çıxış edərək tamaşaçılara fərqli və yüksək səviyyəli musiqi zövqü yaşadıb.

Gecədə pop ulduz sevilən hit mahnılarını bir-birinin ardınca ifa edib. Onların arasında – “Ne farkeder”, “Budala”, “Korkak”, “Aramazsan arama”, “Civ civ” , “Herşeyde biraz sen varsın”, “Bize aşk lazım” və s.

Unudulmaz anlar yaşayan gecənin qonaqları sənətçinin mahnılarının sədaları altında bolluca rəqslər edərək musiqiləri birgə səsləndiriblər.

Gökhan Özenin Bakı konserti peşəkar təşkilatçılıq, güclü səhnə performansı, möhtəşəm canlı ifalarla yadda qalıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►
City Life

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam"

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş…
►►►