Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları baş tutub.

Bu il Paralimpiya Oyunları daha geniş miqyasda təşkil olunub. Oyunlarda 8 idman növü üzrə 130 uşaq paralimpiyaçı iştirak edib. Yarışlar paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma və boccia üzrə müxtəlif kateqoriyalarda keçirilib. Sonda qaliblər mükafatlandırılıb.

Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi ölkədə inklüziv idmanın inkişafı üçün münbit şərait yaratmaq, sağlamlıq imkanları məhdud uşaqların potensiallarını reallaşdırmaq və yeni paralimpiyaçı nəslinin yetişdirilməsinə töhfə verməkdir.

“Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Şirkətin davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib və yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafına töhfə verməklə yanaşı, uşaqların fiziki və psixoloji inkişafına, motivasiyasının artmasına və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►