“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Göygöl rayonunda yerli sakinlərlə cari il üzrə son görüşünü keçirib. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvləri, eləcə də şirkətin nümayəndələri iştirak ediblər.

Görüşə Səhmdar Cəmiyyətinin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri qatılıblar.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “AzerGold” QSC-nin həyata keçirdiyi layihələrin rayonun sosial-ictimai və iqtisadi həyatında mühüm rol oynadığını vurğulayıb, görülən işləri yüksək qiymətləndirərək təşəkkürünü ifadə edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev “Tülallar” qızıl mədəninin istismara verilməsi ilə bölgədə məşğulluğun artırılması, Göygöl rayon əhalisinin rifah halının daha da yaxşılaşdırılması üçün atılan addımlardan danışıb.

X.Fərzəliyev “AzerGold” QS-nin fəaliyyəti nəticəsində 158 nəfər Göygöl rayon sakininin daimi işlə təmin edildiyini bildirib.

Görüşdə cari il ərzində uğurla həyata keçirilmiş sosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafına dəstək, maarifləndirmə, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə icra olunmuş layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlər araşdırılması və Cəmiyyətin səlahiyyətləri və mövcud qanunvericilik çərçivəsində həll edilməsi məqsədilə qeydiyyata alınıb.

Bildirilib ki, hədəf qruplarına yönəlmiş təşəbbüslərin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili növbəti ildə də davam etdiriləcək.

Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “AzerGold” QSC adından görüş iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►