“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Azercell Könüllüləri” ənənəvi xeyriyyə aksiyası keçirib. “Bölüşək, sevindirək!” adlı təşəbbüs çərçivəsində könüllülər şəhid və qazı ailələrini, eləcə də aztəminatlı ailələri ziyarət edərək, onların övladlarına bayram sevinci yaşadıblar.

Aksiya çərçivəsində Lerik rayonunda Lerik Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin yerli strukturlarının dəstəyi ilə uşaqlar üçün xüsusi bayram proqramı da təşkil edilib. Tədbir zamanı balacalar üçün əyləncəli proqram təqdim olunub, onlara müxtəlif Yeni il hədiyyələri paylanılıb.

Ümumilikdə, müxtəlif yaş kateqoriyalarından olan 200-dən çox həssas qrup uşağa bayram hədiyyələri çatdırılıb. Təşəbbüs “Azercell Telekom” MMC-nin könüllüləri və “Aztelekom” MMC-nin əməkdaşları tərəfindən birgə reallaşdırılıb.

Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət olan “Azercell Könüllüləri” xeyriyyə təşkilatı 2004-cü ildən fəaliyyət göstərir və bu müddət ərzində sosial rifahın yaxşılaşdırılması istiqamətində çoxsaylı xeyriyyə təşəbbüsləri həyata keçirib.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Kibertəhdid mənzərəsinin anatomiyası

Kibertəhdid mənzərəsinin anatomiyası: 2025-ci ildə İT sektor ən çox hücuma qalan maliyyə…
►►►
Elm / Texnologiya

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir “Azercell Telekom” MMC…
►►►
Elm / Texnologiya

Torbada pişik var – “SparkCat” troyanı qayıdıb: zərərli proqram yenidən “App Store” və “Google Play”də peyda olub

Torbada pişik var – “SparkCat” troyanı qayıdıb: zərərli proqram yenidən “App Store”…
►►►