“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitmişdir.

AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2001009268
İstiqraqzların növü və formasıFaizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Abunə yazılışı
İstiqrazların sayı300,000 ədəd
İlkin ticarət qiyməti100 ABŞ Dolları
Buraxılış həcmi30,000,000 ABŞ Dolları
İllik gəlirlilik faizi7%
Ödəmə perioduBuraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti5 il
Reallaşdırılmış həcm30,000,000 ABŞ Dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)30,000,000 ABŞ Dolları
Hərrac qiyməti100 ABŞ Dolları
İnvestor sayı331
Sifariş sayı380
Anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC