Azercell yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir


Yeni format abunəçilərə daha çox şans və hədiyyə qazanmaq imkanı yaradır

Lider mobil operator “Hədiyyə çarxı” kampaniyasını yenilənmiş formatda istifadəyə verib. Yeni format çərçivəsində abunəçilər  həftədə bir dəfə kampaniyada ödənişsiz iştirak edə bilərlər.

Kampaniya çərçivəsində “iPhone” və digər smartfonlar, ağıllı saatlar, modemlər və müxtəlif cihazlar, eləcə də dəqiqələr və internet paketləri daxil olmaqla geniş çeşiddə hədiyyələr təqdim olunur.

Kampaniyada nömrələri ikitərəfli açıq olan bütün Azercell abunəçiləri iştirak edə bilər. Azercell-ə yeni qoşulan abunəçilər isə çarxı növbəti həftədən etibarən çevirə biləcəklər.

Kampaniyadan yararlanmaq üçün abunəçilərin “Azercell” mobil tətbiqində “Üstünlüklər” bölməsinə daxil olaraq “Hədiyyə çarxı”na qoşulması kifayətdir.

Ətraflı məlumat üçün: “Hədiyyə Çarxı” kampaniyası | Azercell

Əlaqədar məqalələr
Elm / Texnologiya

“SİMA İmza” və “Baku Electronics”dən yenilik – Mağazaya getmədən imzala!

“SİMA İmza” və “Baku Electronics”dən yenilik – Mağazaya getmədən imzala! SİMA…
►►►
Elm / Texnologiya

Kaspersky: dələduzların qurbanını olmadan....

Kaspersky: dələduzların qurbanını olmadan şəbəkədə sevgini necə tapmalı Onlayn…
►►►
Elm / Texnologiya

Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma....

Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə…
►►►