BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

8 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adıBOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2042021025
İstiqrazların növü və formasıFaizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/formasıKütləvi/Rəqabətli hərrac
İstiqrazların sayı10,000 ədəd
İlkin ticarət qiyməti100 manat
İstiqrazların buraxılış həcmi1,000,000 manat
İllik gəlirlilik faizi18%
Ödəmə Perioduİstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti3 il
Ticarətə buraxılma tarixiEmitent tərəfindən bildiriləcək
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC