Ötən il gecikdirilən 840 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci il ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 842,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 89 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar

“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar ABB futbol…
►►►
İqtisadiyyat / Biznes

Azərbaycan və Özbəkistan arasında geoloji....

Azərbaycan və Özbəkistan arasında geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarların təklifləri müzakirə edilib

Sahibkarların təklifləri müzakirə edilib İqtisadiyyatın müxtəlif sahələrində…
►►►