Gürcüstanın qızıl səsi Dato Kençiaşvili Bakıda konsert proqramı ilə çıxış edəcək

«Voice of History» – Gürcüstanın qızıl səsi Dato Kençiaşvilinin Bakıda solo konsertlə çıxış edəcək. Tədbir 7 fevral saat 16.00 və 20.00 Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq.

Konsertin təşkilatçısı – AzKonsert

Gürcü etnik musiqisi, unikal Qafqaz vokalı və əsl folklor bayramı ilə dolu bu gecədə sizi milli alətlərin canlı ifası və unudulmaz səslər gözləyir. Proqramda tanınmış və sevilən 12–13 kompozisiya səsləndiriləcək, Dato Kençiaşvili və «Eksperiment» qrupu Gürcüstanın çoxəsrlik tarixi və mədəniyyətini əks etdirən xüsusi atmosfer yaradacaq.

Qeyd: Biletləri yalnız şəhərin kassalarından fiziki bilet olaraq və ya iTicket.az saytından (həmçinin tətbiqindən) QR bilet formasında əldə edə bilərsiniz. QR biletlər konsertdən 12 saat əvvəl aktiv olacaqdır.

Qiymət  – 40 – 150 ₼

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq…
►►►