Rafet El Roman üç gün Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

9, 10 və 11 yanvar özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman Heydər Əliyev sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsertin təşkilatçısı – EMKI Production.

Tanınmış müğənninin canlı ifaları, səhnədəki perfomansı, işıq effektləri, gözəl rəqslər və musiqiçilərin peşəkar müşayiəti konsertə gələnlərə əsl musiqi bayramı yaşatdı. Tamaşaçılar demək olar ki, bütün mahnıları sevilən müğənni ilə birgə ifa etdilər.

Səhnədən Azərbaycan xalqını salamlayan müğənni Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini söylədi. İki saatdan çox davam edən konsertdə sənətçi köhnə və yeni mahnılarını ifa edib. Onların arasına – Gönül yarası”, “Bana sen lazımsın”, “Senden sonra”, “Sürgün”, “Yalançı şahidim”,  “Ömrümün sahibi”, “Beni aff edermisin”, “Seni seviyorum” və s.

Sevilən müğənni Azərbaycan Xalq artisti Niyaməddin Musayevi səhnəyə dəvət edərək onun “Axtarma məni” mahnısını ifa edib.
Rafet El Roman qızı  Su El Roman ilə oxuduğu yeni “Mazide” mahnısı gecəyə xüsusi rəng qatıb.

Tanınmış müğənninin bütün ifaları gurultulu alqışlarla qarşılanıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Gürcüstanın qızıl səsi Dato Kençiaşvili....

Gürcüstanın qızıl səsi Dato Kençiaşvili Bakıda konsert proqramı ilə çıxış…
►►►
City Life

Əməkdar artist Manana Caparidze yeni mahnısını təqdim edib

Əməkdar artist Manana Caparidze yeni mahnısını təqdim edib Rockvell xəbər verir ki…
►►►
City Life

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür Azercell “Kinon” tətbiqi…
►►►