Bəstəkar Corce Eneskunun abidəsi önündə Rumıniya Mədəniyyət Günü qeyd edilib

Yanvarın 15-də Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare və Moldova səfiri Aleksandru Esaulenko hər iki dövlətdə qeyd olunan “Mədəniyyət Günü” münasibətilə Binəqədi rayonu ərazisində ucaldılmış dahi rumın bəstəkarı Corce Eneskunun abidəsi önündə Rumıniya Mədəniyyət Gününü qeyd ediblər.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Gürcüstan səfiri Zurab Pataradze, Tacikistan səfiri İlhom Abdurahmon, Qırğızıstan səfiri Maksat Mamitxanov, Bakı Dövlət Filarmoniyasının tanınmış dirijoru Fəxrəddin Kərimov, AMEA-nın əməkdaşı, şair və tərcüməçi Jalə İsmayıl, yerli mədəniyyət mühitinin nümayəndələri, rayon sakinləri iştirak ediblər.Bəstəkarın xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə əklil və gül dəstələri qoyulub.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova iki ölkə arasında mövcud olan sıx əlaqələrindən, xalqlarımızın bir-birinin mədəniyyətinə hörmətlə yanaşmalarından söhbət acıb.

Çıxış edənlər Rumıniyalıların milli şairi Mihay Emineskunun həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Mihay Emineskunun yanvarın 15-nə təsadüf edən doğum günü həm Buxarestdə, həm də Kişinyovda Milli Mədəniyyət Günü olaraq qeyd olunur.

Daha sonra Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare dahi bəstəkar Corce Eneskunun əsərlərini xatırladaraq, Cənubi Qafqaz bölgəsi və Şərq məkanı üçün unikal olan və bəstəkarın adını daşıyan 2006-cı ildən sakinlərin istifadəsinə verilən bu parka göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkürünü bildirib.İştirakçılara bildirilib ki, son 4 ildə həm 2 cilddə Eminesku poeziyası, həm də digər Rumıniya ədəbi xadimlərinin əsərləri Azərbaycan dilinə tərcümə olunub. Bu, şairlər Səlim Babulaoğlu və Jalə İsmayılın səyləri sayəsində baş verib. Bildirilib ki, şairin əsərlərinin yeni antologiyası tezliklə Azərbaycanda nəşr olunacaq.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

"Varis" filminin təqdimatı keçirildi

“Varis” filminin təqdimatı keçirildi 5mart Park Cinemanın yeni Sevinc Mall…
►►►
City Life

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər....

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv…
►►►
City Life

Dünyaca məşhur AKCENT Bakıda!

Dünyaca məşhur AKCENT Bakıda! Pop və dance musiqisinin sevilən müğənnisi AKCENT Bakıda…
►►►