Kupon Booking-in təşkilatçılığı ilə “maNga” Bakı Konqres Mərkəzində möhtəşəm konsert verdi

Kupon Booking şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən rok qruplarından olan “maNga” uzun fasilədən sonra Azərbaycanda konsert proqramı ilə çıxış edib. Möhtəşəm gecə Bakı Konqres Mərkəzində baş tutub.

2009-cu ildə MTV mükafatı alan, 2010-cu ildə Avroviziya yarışmasında ikinci yerin sahibi olan “maNga” qrupu 2001-ci ildən Türkiyədə məşhur olmasına bamayaraq, Azərbaycanda daha çox Avroviziya müsabiqəsindən və “Çukur” serialından sonra tanındı.

Konsertdən öncə qrup üzvləri media nümayəndələri ilə görüşərək jurnalistlərin suallarını cavablandırıblar. Azərbaycana yenidən qayıtmaqdan böyük məmnunluq duyduqlarını bildirən musiqiçilər ölkəmiz üçün darıxdıqlarını xüsusi vurğulayıblar.

Konsert zamanı isə emosional anlar yaşanıb. Qrupun solisti Ferman Akgül səhnədən tamaşaçıların arasına enərək azərbaycanlı sevənləri ilə birlikdə ölkəmizə məxsus məşhur “Ayrılıq” mahnısını səsləndirib. Bu jest zalda alqışlarla qarşılanıb.

Gecə ərzində “maNga” sevilən hitlərini ifa etməklə yanaşı, Eurovision mahnı müsabiqəsində onlara 2-ci yer qazandıran məşhur bəstəni də səsləndirib.

Bakı Konqres Mərkəzində keçirilən konsert musiqisevərlərə unudulmaz anlar yaşadıb və enerjisi, yüksək əhval-ruhiyyəsi ilə yadda qalıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

"Varis" filminin təqdimatı keçirildi

“Varis” filminin təqdimatı keçirildi 5mart Park Cinemanın yeni Sevinc Mall…
►►►
City Life

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər....

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv…
►►►
City Life

Dünyaca məşhur AKCENT Bakıda!

Dünyaca məşhur AKCENT Bakıda! Pop və dance musiqisinin sevilən müğənnisi AKCENT Bakıda…
►►►