Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov ilk dəfə olaraq musiqili tamaşada iştirak edəcək. Tamaşa mart ayının 5-də Heydər Əliyev Sarayında səhnəyə qoyulacaq. Sənətkar böyük səhnədə görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid obrazını canlandıracaq.

Tamaşanın əsas leytmotivi Hüseyn Cavidin məşhur misralarıdır: “Turana qılıncdan daha kəskin, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”

Layihədə Xalq artisti Mehriban Zəki, istedadlı aktyor Elşən Əsgərov, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi də iştirak edirlər.

Tamaşada Hüseyn Cavidin həyat yolunu əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi hekayəsi, dramaturqun möhtəşəm pyeslərindən parçalar, incə şeirlər və Eyyub Yaqubovun ifasında səslənən sevilən mahnılar yer alacaq.

Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından əldə etmək mümkündür

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►