“Ookla” Azərbaycanda qonaqpərvərlik sahəsində bağlantının sürətləndirilməsi üzrə təşəbbüsə start verir

Yanvarın 27-də internet sürətinin və şəbəkə keyfiyyətinin ölçülməsi üzrə lider şirkət olan “Ookla” qonaqpərvərlik sektoru üçün” Speedtest Certified™” adlı yeni məhsulunun ilk təqdimatını Bakıda keçirib.

“Ookla”nın yeni məhsulunun əsas məqsədi sektorda fəaliyyət göstərən bizneslərin internet infrastrukturunu qiymətləndirmək və sertifikasiyadan keçirdərək internet keyfiyyətini yüksəltmək və qonaqlara dünya səviyyəli rəqəmsal təcrübələr təqdim etməkdir.

Tədbir Bakıda İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA), Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyasının (AHA) birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə turizm, telekommunikasiya və infrastruktur sahələrindən 100-dən artıq məsul şəxs iştirak etmiş və qapalı məkanlarda internet bağlantı təcrübəsindən gözləntiləri müzakirə olunmuşdur.

“Yüksək keyfiyyətli, etibarlı və davamlı bağlantı artıq lüks deyil – bu, hər bir qonağın gözləntisinə çevrilib və rəqabətədavamlı, yüksək səviyyəli qonaq təcrübəsinin əsas elementidir,” – deyə “Ookla”nın prezidenti və baş icraçı direktoru, Stiven Bay bildirib.

“Bu pilot proqramın yaradılması ilə biz Azərbaycana qonaqpərvərlik sektorunda internet bağlantısının keyfiyyətinin müəyyənləşdirilməsi, yoxlanılması və təqdim olunması sahəsində yeni qlobal meyar formalaşdırmağa kömək edirik. Qonaqpərvərlik sektoruna dünya səviyyəli rəqəmsal təcrübə təqdim etmək üçün İKTA, ATB və AHA ilə tərəfdaşlıqdan qürur duyuruq”.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Səməddin Əsədov bildirib ki, bugünkü sammit kimi platformalar təkcə məlumat və analitik baxışların paylaşılması üçün deyil, həm də Azərbaycanın rəqəmsal gələcəyi üzrə ümumi baxışın formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır.

ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, müasir dövrdə rəqəmsal əlaqəlilik turizmdə rəqabətqabiliyyətlilik və dayanıqlı inkişafı təmin edən strateji amillərdən biri kimi çıxış edərək bu sahədə dövlət-özəl tərəfdaşlığının möhkəmlənməsini təşviq edir. Azərbaycanda rəqəmsal infrastruktur üzrə son illərdə əldə edilən nailiyyətlər il boyu turizmin inkişafını dəstəkləmək və ölkəni irimiqyaslı beynəlxalq tədbirlər üçün etibarlı ev sahibi kimi mövqeləndirmək baxımından möhkəm zəmin yaradır.

Tədbir çərçivəsində sertifikatlaşdırma prosesinin canlı nümayişi də keçirilib. Bu proses yerində radio tezliyin (RF – Radio Frequency) keyfiyyətinin qiymətləndirilməsini, real performans testlərini və infrastrukturun dayanıqlığını əhatə edir. Tədbirdə təqdim olunan MEO Arena  və The Social Hub Rome  kimi nümunəvi təcrübələr göstərib ki, üçüncü tərəfin təsdiqlədiyi qiymətləndirmə aparıcı məkanlara sponsorları cəlb etməyə və qonaqların etimadını gücləndirməyə kömək edir.

Speedtest-in qlobal səviyyədə etibar edilən test metodologiyasından və güclü brend tanınmasından istifadə edən Speedtest Certified™ proqramı qonaqpərvərlik ekosisteminin bütün iştirakçıları üçün aydın üstünlüklər yaradır. Bu təşəbbüs Azərbaycanın Speedtest Global Index™-də mövqeyini daha da möhkəmləndirir və ölkənin rəqəmsal baxımdan inkişaf etmiş turizm məkanı kimi nüfuzunu gücləndirir.

“Ookla” haqqında

“Ookla” – İnternet sürətinin və şəbəkə keyfiyyətinin ölçülməsi üzrə qlobal lider olaraq Speedtest®, Downdetector®, Ekahau® və RootMetrics® brendlərinin ekspertizasını birləşdirərək misilsiz şəbəkə və bağlantı analitikası təqdim edir. Çoxmənbəli məlumatları sənaye üzrə aparıcı biliklərlə birləşdirərək, şəbəkə performansı göstəricilərini strateji və tətbiq oluna bilən analitik nəticələrə çevirir.

Şirkətin həlləri xidmət provayderlərinə, müəssisələrə və dövlət qurumlarına şəbəkələrin optimallaşdırılması, rəqəmsal təcrübələrin yaxşılaşdırılması və rəqəmsal uçurumun azaldılması üçün vacib məlumat və analitik dəstək verir. Eyni zamanda, iş, təhsil və ünsiyyət üçün bağlantıya güvənən fərdlərin və bizneslərin real təcrübələrini ön plana çıxarır. Ookla dünyanın əlaqədə qalmasına – bağlantının ölçülməsindən və təhlilindən tutmuş sənaye innovasiyalarının təşviqinə qədər kömək edir.

“Ookla” – texnologiya, əyləncə, alış-veriş, sağlamlıq, kibertəhlükəsizlik və martech sahələrində aparıcı brendləri birləşdirən, şaquli yönümlü rəqəmsal media və internet şirkəti olan Ziff Davis-in (NASDAQ: ZD) bölməsidir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata…
►►►
Elm / Texnologiya

Kaspersky: doksinqə qarşı “boksinq”....

Kaspersky: doksinqə qarşı “boksinq” – onlayn məxfiliyi qorumağın yolları Yazın…
►►►
Elm / Texnologiya

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib Proqram 100 tələbə…
►►►