“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2013019206 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.01.2026-cı il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“FINCA Azerbaijan” MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2013019206
İstiqrazların növü və formasıFaizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı10,000 ədəd
İlkin ticarət qiyməti100 ABŞ dolları
Buraxılış həcmi1,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi9%
Ödəmə perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti24 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)1,000,000 ABŞ dolları
Reallaşdırılmış həcm1,000,000 ABŞ dolları
Hərrac qiyməti100 ABŞ dolları
İnvestor sayı51
Sifariş sayı51
Anderrayter  “Unicapital İnvestisiya Şirkəti” ASC