“KƏPƏZ BOKT” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “KƏPƏZ BOKT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 02.02.2026-cı il tarixində başlayıb, 11.02.2026-cı il tarixinədək davam edəcəkdir.

AZ2013020808 İSİN kodlu istiqrazların yerləşdirilməsi 12 fevral 2026-cı il tarixində həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“KƏPƏZ BOKT” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2013020808
İstiqrazların növü və formasıFaizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Abunə yazılışı
İstiqrazların sayı10,000 ədəd
İlkin ticarət qiyməti100 manat
İstiqrazların buraxılış həcmi1,000,000 manat
İllik gəlirlilik faizi15%
Ödəmə Perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
Tədavül müddəti24 ay
Ticarətə buraxılma tarixi12.02.2026
Anderrayter “Troni İnvestisiya Şirkəti” QSC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►