Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova İspaniyanın San-Sebastiyan şəhərində “Bask Kulinariya Mərkəzi”nin direktoru Joxe Mari Aizeqa ilə görüş keçirib.

Görüşdə Avropada qastronomiya və kulinariya sənətinə həsr olunmuş ilk universitet, qastronomiya üzrə ali təhsil, elmi-tədqiqat və innovasiya sahəsində ixtisaslaşmış beynəlxalq nüfuzlu akademik məkan olan “Bask Kulinariya Mərkəzi” ilə mübadilə imkanları, aşpazlıq ixtisasının və ümumilikdə qastronomiyanın bütün sahələrini əhatə edən praktik tədris metodikası müzakirə olunub. Dövlət Turizm Agentliyinin bu istiqamətdə təşkil etdiyi beynəlxalq peşə təhsili proqramlarının nəticələri yüksək qiymətləndirilib.

Bundan əlavə, Fransada yaradılmış, beynəlxalq nüfuza malik “Gault&Millau” qastronomik bələdçisi və reytinq sisteminin İdarə Heyətinin vitse-prezidenti Juan Karlos Torres ilə görüş keçirilib.

Görüş zamanı qastronomiya turizminin cəlbediciliyi, keyfiyyət standartları və peşəkar inkişaf, milli mətbəxin dünya səhnəsində təqdimatı və digər əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Səfər müddətində, həmçinin BMT Turizmin Baş katibi xanım Şeyxa Nasir əl-Novais ilə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova arasında görüş keçirilib

Görüşdə qastronomiya turizmi və İpək Yolu turizmi də daxil olmaqla, beynəlxalq təşkilatla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi perspektivləri ətrafından fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur Azərbaycanın turizm potensialı…
►►►
Turizm

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib 2026-cı ilin yanvar…
►►►
Turizm

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir Dövlət Turizm…
►►►