“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məşğulluq və insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və “Nar”ın baş icarçı direktoru Özgür Genc tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində tərəflər iş yarmarkalarının birgə təşkili, işaxtaran və işsiz şəxslərin peşəyönümü və peşə hazırlığının dəstəklənməsi, bilik və bacarıqların artırılması üzrə təşəbbüslərin həyata keçirilməsi, həmçinin korporativ sosial münasibətlərin inkişafına yönəlmiş layihələr üzərində işləyəcəklər.

Anlaşma memorandumunun imzalanma mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb və “Nar” ilə imzalanan memorandumun da işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə, eləcə də özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.

“Nar”ın baş icraçı direktoru Özgür Genc bildirib: “İnanırıq ki, dövlət və özəl sektorun birgə səyləri nəticəsində işaxtaran şəxslərin potensialını üzə çıxarmaq, onların bacarıqlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və uzunmüddətli məşğulluq imkanları yaratmaq mümkündür.”

Qeyd edək ki, bu memordandum çərçivəsində tərəflər arasında işgüzar görüşlər keçiriləcək, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin dəstəklənməsi məqsədilə maarifləndirmə və məlumatlandırma təşəbbüsləri həyata keçiriləcək.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►