Göksel Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

Türk pop musiqisinin heyranedici səsi Göksel ilk dəfə Bakıda konsert proqramı ilə çıxış etdi.

Konsert 31 Yanvar Heydər Əliyev Sarayında Event Office-in təşkilatçılığı ilə baş tutdu və və musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı.

Göksəl tamaşaçıları salamlayaraq onlara gözəl bir gecə arzuladı: “Salam Bakı ! İlk dəfə Bakıda konsert verirəm. Azərbaycana heç gəlməmişdim. Amma burda mahnılarımın dinlənildiyini və çox sevildiyini bilirdim. Təşəkkürlər! Bakı çox gözəl şəhərdi. Burda olmaqdan, bu möhhtəşəm səhnədə konsert verməkdən çox xoşbəxtəm”.

Göksel səhnədə öz musiqiçiləri ilə birlikdə canlı çıxış edərək tamaşaçılara fərqli və yüksək səviyyəli musiqi zövqü yaşadıb.

Gecədə tanınmış müğənni sevilən hit mahnılarını bir-birinin ardınca ifa edib. Onların arasında – “Depresyondayım”, “Acıyor”, “Denize Bıraksam”, ” Olmazmı” və s. Azərbaycan dilində səslənən “Ayrılıq” və “Bu Qala Daşlı Qala” mahnıları gecəyə xüsusi rəng qatıb.

Göksel səhnədəki enerjisi, unudulmaz xüsusi səhnə performansı və güclü vokalı ilə tamaşaçılara unudulmaz konsert gecəsi təqdim edib.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda 30 iyun İtaliya Səfirliyinin Ticarət…
►►►
City Life

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim Şirkət…
►►►
City Life

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir Kino və təbiət…
►►►