Abbas Bağırov solo konsert proqramı ilə çıxış edib

Azərbaycanın tanınmış müğənnisi, Əməkdar artisti Abbas Bağırov 14 fevral Heydər Əliyev Sarayında “Sevənlərə” adlı konsert proqramı ilə çıxış edib.

“Sevgililər Günü”nə özəl təşkil olunan gecədə Abbas Bağırovu əməkdar artist Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” ansamblı müşayiət edib.

“12 il bu konserti gözləmişəm. 12 il əvvəl Yaşıl Teatrda 2 günlük konsert vermişdik. Sizə təşəkkür edirəm ki, konsertimə gəldiz. Sevgililər günü mənim üçün hər gündü. Mən çox xoşbəxtəm ki, xoşbəxt ailədə doğulmuşam, xoşbəxt ailəm var, sizin kimi pərəstişkarlarım var”, tanınmış müğənni tamaşaçıları salamlayıb.

Konsertdə möhtəşəm canlı ifalar və maraqlı şou proqram təqdim olunub. Səslənən “Cənnətdir Bakı”, “Gəncə”, “Necə unudum səni”, “Şükriyyə” və s. hit mahnılar hamının zövgünə oxşayıb.

Gecədə sənətçinin oğulları Raul və Murad atalarna sürpriz edərək ,səhnəyə qalxıb, ona gül buketi hədiyyə ediblər.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda 30 iyun İtaliya Səfirliyinin Ticarət…
►►►
City Life

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim Şirkət…
►►►
City Life

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir Kino və təbiət…
►►►