Mastercard və ABB Azərbaycanın ilk Korporativ Travel & Expense (T&E) kartını təqdim edir

  • ABB Azərbaycanda korporativ müştərilər üçün xüsusi Korporativ Travel & Expense (T&E) kartını təqdim edən ilk bank tarixə keçir
  • Mastercard-ın dəstəyi ilə təqdim olunan bu həll bizneslərə nağd puldan imtina etməyə və xərclərin idarə edilməsini sadələşdirməyə kömək edir.
  • Korporativ müştərilər və rəhbər heyətlər üçün premium səyahət, sığorta və məşğuliyyət üstünlükləri təqdim edir.

Bakı, Azərbaycan – Fevral 2026  — Mastercard və ABB Azərbaycanda ilk Korporativ Travel & Expense (T&E) kartının istifadəyə verildiyini elan edərək, ölkədə korporativ ödənişlər və xərclərin idarə olunmasında qarşıdan gələn yeni mərhələnin əsasını qoyublar.

Mastercard-ın dəstəyi ilə təqdim olunan yeni ABB Korporativ Travel & Expense (T&E) kartı şirkətlərə işgüzar səyahət və əməliyyat xərclərini rəqəmsallaşdırmağa, nağd ödənişləri və dağınıq prosesləri təhlükəsiz, şəffaf və səmərəli ödəniş həlli ilə əvəz etməyə imkan verir.

Korporativ səyahət və xərclərin idarə olunmasına daha ağıllı yanaşma

Azərbaycanda xüsusi olaraq Travel & Expense idarəçiliyi üçün nəzərdə tutulmuş korporativ kartı təqdim edən ilk bank kimi ABB korporativ müştərilərə ödəniş səmərəliliyini premium kart təcrübəsi ilə birləşdirən kompleks həll təklif edir.

Kartdan qlobal miqyasda istifadə və gücləndirilmiş təhlükəsizlik təminatı ilə yanaşı, kart sahibləri bir sıra əlavə dəyərli xidmətlərə də çıxış əldə edirlər. Bunlara konsyerj, transfer və Fast-track xidmətləri, hava limanı zallarına giriş, səyahət sığortası və 24/7 fasiləsiz dəstək daxildir. Bütün bunlar hər bir işgüzar səfər zamanı rahatlıq və operativlik təmin etmək üçün düşünülüb.

Kart həmçinin istifadəçilərə

  • “LoungeKey” zallarına giriş
  • “Booking.com” and “Hertz” sifarişləri üzrə güzəştli təkliflər
  • səyahət mükafatları
  • yerli aksiyalar
  • “Silver Logo” üstünlükləri
  • eksklüziv “Priceless Experiences” təcrübəsi daxil olmaqla, Mastercard-ın qlobal təkliflər və təcrübələr ekosisteminə çıxış imkanı təmin edir.

Azərbaycanın korporativ ödəniş ekosistemi üçün strateji addım

Yeni kartın istifadəyə verilməsi korporativ bankçılıq portfelini müasir və rəqəmsal yönümlü həllərlə genişləndirən ABB üçün əlamətdar bir mərhələdir. İşçilər üçün isə işgüzar səyahət təcrübəsini təkmilləşdirir, eyni zamanda şəxsi vəsaitdən istifadə və nağd pula ehtiyacı aradan qaldırır.

Mastercard üçün isə bu tərəfdaşlıq şirkətin ən başlıca öhdəliyini gücləndirir: Azərbaycandakı biznesləri səmərəlilik, şəffaflıq və daha yaxşı müştəri təcrübələrini gücləndirən innovativ ödəniş texnologiyaları ilə dəstəkləmək.

Mastercard haqqında

Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz bir araya gələrək insanlara, bizneslərə və hökümətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.

www.mastercard.com


Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" keçirilib

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib İnvestisiya dünyası…
►►►
İqtisadiyyat / Biznes

Kreditlərini Unibanka gətir, 7 %-dəkendiriməldə et!

Kreditlərini Unibanka gətir, 7 %-dəkendiriməldə et! Aylıq kredit ödənişlərinizi…
►►►
İqtisadiyyat / Biznes

Birbank-dan təqaüdçülərə özəl sərfəli  kredit təklifi

Birbank-dan təqaüdçülərə özəl sərfəli  kredit təklifi Birbank təqaüdçülər…
►►►