Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini təqdim edib.

Rockvell xəbər verir ki, pop ulduz əfsanəvi “Yandım” mahnısına yeni nəfəs verib. Musiqisi Ramiz Mirişliyə, sözləri isə Süleyman Rüstəmə məxsus olan əsər tam fərqli formatda təqdim olunub. Mahnının masterinqini Emin Kərim, aranjımanını isə Tural Məmmədli edib.

Əsərdə sənətçini məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Bu onların sayca üçüncü layihəsidir.

Şou-biznesin əfsanəsi mahnı üçün klip də çəkdirib. Ekran həllinin rejissorluğu Röyal Səfərova aiddir. Klipdə ulduzun geyimləri tanınmış dizayner Orxan Sultan imzası daşıyır. Saç və makiyajı Günay Mustafa edib. 

Layihənin direktoru Yalçın Cabbarovdur.

Qeyd edək ki, “Yandım” layihəsi artıq bütün musiqi platformalarında, həmçinin də Xalq artistinin rəsmi “Youtube” kanalında yayımlanır.

Başlıqlar:

1. Xalq artistindən duyğulu anlar: Tünzalə Ağayeva “Yandım”ı oxudu

2. “Yandım” İndi klipdə: Tünzalə Ağayevadan yeni layihə

3. Xalq artisti Tünzalə Ağayeva “Yandım”ın klipini təqdim etdi

4. Xalq artisti Tünzalə Ağayeva əfsanəvi “Yandım” mahnısına yeni nəfəs verdi

Əlaqədar məqalələr
City Life

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda!

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda! Türk pop musiqisinin…
►►►
City Life

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib Unibank ölkəmizdə daha bir…
►►►
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►