Azərbaycan estradasının sevilən ifaçısı Azad Şabanov dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib

Rockvell xəbər verir ki, sənətçi əfsanəvi “Karvan” qrupunun solisti Firuz İsmayılovun repertuarından olan “Xatirədir” mahnısını yeni aranjimanda və müasir nəfəsdə ifa edərək ekran versiyasını yayımlayıb.

Mahnının musiqisi Firuz İsmayılov, sözləri Malik Fərruxa aiddir. Layihənin aranjimanını Emil Əliyev, videonu isə Fərhad Əli həyata keçirib. Bu yaradıcı əməkdaşlıq nəticəsində ortaya həm nostalji duyğularla zəngin, həm də müasir musiqi zövqünə uyğun bir layihə çıxıb.

Xüsusilə qeyd etmək lazımdır ki, “Xatirədir” mahnısının məhz Azad Şabanov tərəfindən yenidən ifa olunması ideyası mahnının müəllifləri və ailələri tərəfindən dəstəklənib.

Maraqlı məqamlardan biri də budur ki, Azad Şabanovun musiqi heyətində yer alan musiqiçi Gennadi Yuqai Azadın ilk addımlarından onunla birgə çalışır, uzun illər “Karvan” qrupunun bas-gitara ifaçısı olub və “Azad Music Band” kollektivin tarixinin bir parçasına çevrilib. Bu fakt layihəyə xüsusi mənəvi dəyər və simvolik bağ qatır.

Yeni layihə münasibətilə Azad Şabanov dinləyicilər üçün xüsusi çağırış da elan edib. Sənətçi “Xatirədir” mahnısına xatirələr mövzusunda ən təsirli videoçarxı çəkən və ya mahnını ən maraqlı şəkildə ifa edən sənət dostları

və ya izləyiciləri arasında “Xatirədir” challenge-ni başladır.

Qeyd edək ki, “Xatirədir” artıq bütün rəqəmsal platformalarda yayımlanır.

Əlaqədar məqalələr
City Life

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda!

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda! Türk pop musiqisinin…
►►►
City Life

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib Unibank ölkəmizdə daha bir…
►►►
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►