Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə təqdim olunub

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-18 mart tarixlərində Rusiyada silsilə tanıtım tədbirləri həyata keçirilib.

“Şahdağ” Turizm Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub.

Rusiyadan olan 240-dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib.

Moskva şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak edib.

Əlaqədar məqalələr
Turizm

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil…
►►►
Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil…
►►►
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►