Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Bu il Novruzun gəlişi və müqəddəs Ramazan bayramları eyni günə təsadüf edir. Paylaşmaq bu bayramların ən gözəl və unudulmaz ənənəsidir. Belə günlərdə bir-birimizə dayaq olmaq, xoş anlarımızı bölüşmək isə daha böyük məna kəsb edir.

Yelo Bank özəl günlərdə ailələrin yanında olmaq və onlara dəstəyini hiss etdirmək üçün illərdir davam edən ənənəsinə sadiq qalıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Sumqayıtda reallaşdırılan növbəti təşəbbüs çərçivəsində şəhid ailələri, qazilər və sosial qayğıya ehtiyacı olan şəxslərlə görüş keçirilib, onlara bayram sovqatları təqdim edilib.
Layihənin əsas məqsədi bayram bərəkətini hər evə, xüsusən də qayğıya ehtiyacı olan ailələrə çatdırmaq, onlarla bir arada olduğumuzu hiss etdirməkdir. Bank, cəmiyyətin rifahına yönəlmiş sosial məsuliyyət təşəbbüslərini gələcəkdə də davam etdirməyi hədəfləyir.
Yelo Bank hər kəsə ruzi-bərəkətli və hüzur dolu bayramlar arzu edir!
Bank xidmətləri, o cümlədən kredit kalkulyatoru haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!








