Kapellhaus-da şam işığında Vivaldi gecəsi

25 mart tarixində Bakının tarixi məkanlarından biri olan Kapellhaus-da dünya klassik musiqisinin incilərindən biri — Antonio Vivaldinin “Dörd fəsil” əsəri təqdim olundu.

Konsert iki seansda( 18.30 və 20.30) baş tutdu.

“Dörd fəsil” barokko dövrünün ən məşhur və sevilən əsərlərindən biri hesab olunur. Təbiətin müxtəlif hallarını musiqi dili ilə təsvir edən bu kompozisiya dinləyicilərə unudulmaz təəssürat bəxş edir.

Konsert xüsusi atmosferdə — şam işığında, hər fəsilə uyğun video instalyasiyalarla müşayiət olunaraq, əsərlər canlı olaraq kamera orkestrinin ifasında səsləndirildi.

Gecənin solisti — solo skripka ifaçısı və dirijor Rövşan Əmrahov oldu. Onun rəhbərliyi və ifasında bu məşhur əsər dinləyicilərə xüsusi emosional çalarlarla təqdim edildi.

Kapellhaus-un direktoru Azər Alıyev qeyd edir: 

“Bu konsertdə məqsədimiz sadəcə musiqi səsləndirmək deyil, dinləyiciləri Vivaldinin dünyasına aparmaq, hər fəsli hiss etdirməkdir. Şam işığında bu əsər tamam fərqli səslənir və daha dərin təsir bağışlayır.”

Tədbirin keçirilməsində əsas məqsəd Bakıda klassik musiqi mədəniyyətinin inkişafına töhfə vermək və dinləyicilərə fərqli formatda yüksək səviyyəli musiqi təcrübəsi təqdim etməkdir.

Konsertlər cədvəli, əlavə məlumatlar və biletlər üçün əlaqə: +994 55 493 80 41

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►