Nyu Yorkda “Mədəni Diplomatiya üçün İncəsənət- Azərbaycan: Şəqrlə Qərbin qovşağında yerləşən məkan” adlı qrup sərgisini açılıb

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi  Azərbaycanın BMT Yanında Daimi Nümayəndəliyinin təşkilatı dəstəyilə Novruz Bayramı münasibətilə 23-27 mart Nyu York şəhərində yerləşən BMT-nin Mənzil Qərargahında  “Mədəni Diplomatiya üçün İncəsənət- Azərbaycan: Şəqrlə Qərbin qovşağında yerləşən məkan” adlı qrup sərgisini keçirir.

Açılış 23 mart BMT-nin Məznil Qərargahında baş tutub. Açılışda “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev çıxış edib:

“Hörmətli cənab səfir! Hörmətli xanımlar və cənablar! 
Deyirlər İncəsənət mədəniyyətləri birləşdirir, dialoqu gücləndirir və dünyaya ümumi insanlığımızı xatırladır.”                     

İlk öncə sizə Mərkəzimiz haqqında məlumat vermək istəyirəm.  “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya mərkəzi 1999-cu ildən fəaliyyət göstərir, qeyri- hökumət  və qeyri-kommersiya təşkilatıdır. İstər yerli hökumət, istərsə də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, 2006-cl ildən Avropa Şurasının Gənclər Direktoriyasının üzvüdür. Yüzlərlə layihələr həyata keçirmişdir. Əsas donorları Amerika Dövlət Departmenti, Avropa Şurası, Norveç Səfirliyi, Finlandiyanın ABİLİS Fondu,  ANAMA, Qlobal Fond və başqa Donor təşkilatlar olmuşdur.

2010-cu ildən Azərbaycan mədəniyyətini xarici ölkələrdə təbliğ etmək məqsədilə “Art of Cultural Diplomacy-Art for Peace”  adlı qrup sərgilərini keçiririk. İndiyə kimi dünyanın 5 qitəsində :Şimali Amerika,  Cənubi Amerika, Avropa, Asiya və Afrikada 28 belə sərgi keçirmişik. Bu sərgilərdə toplam olaraq 487 gənc rəssam iştirak etmiş və onların 2081 rəsm əsərləri nümayiş olunmuşdur. Bu sərgi Amerika Birləşmiş Ştatlarında keçirdiyimiz ikinci sərgidir. Birinci sərgimiz hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuşdur və Mayamidə keçirilmişdir. Bu günkü sərgi isə Azərbaycanın qədim tarixi bayramı olan Novruz Bayramı münasibətilə keçirilir. Bizim üçün çox fərəhli bir gündür ki, bu sərgi BMT-nin Mənzil Qərargahında keçirilir. Sərgidə 18 rəssam iştirak edir və onların 34 rəsm əsəri sərgilənir. Azərbaycan çoxmillətli bir ölkədir. Buna görə də Azərbaycan incəsənəti çox müxtəlif , çox şaxəli və  yaradıcılıqlarında sərbəstdirlər.

Əgər Azərbaycanı gəzsəniz, görəcəksiniz ki, Azərbaycanın şimalında bir əhval-ruhiyyə, cənubunda başqa bir əhval-ruhiyyə, qərbində saz, şərqdə nağara və söz-qəzəl, ürəkdə tar kaman və muğam çalınır. Ən gözəli isə odur ki, bütün bunlar bir araya gələrək vahid Azərbaycan musiqisini, Azərbaycan incəsənətini yaradır. Bu gün Novruz bayramı münasibətilə bu möhtəşəm binada keçirilən “Mədəni Diplomatiya üçün İncəsənət. Azərbaycan- Şərqlə Qərbin qovuşduğu məkan” sərgisi ilə fəxr edirəm. Dəstəyinə görə BMT-dəki Daimi Nümayəndəliyimizə və sərgini ziyarət etmək üçün qiymətli vaxtlarını sərf edən sənətsevərlərə sonsuz minnətdarlığımızı bildiririk. Sizin iştirakınız gənc rəssamlarımız üçün böyük dəstəkdir”.

Sərgidə 18 rəssam iştirak edir: Nərmin Hümbətovanın, Gülər Məmmədovanın, Rəna Quliyevanın, Fidan Həsənovanın, Cəmilə Hacıyevanın, Nərgiz Əhmədovanın, Riad Baxşəliyevin, İntiqam Ağayevin, Mehriban Alışovanın, Renat Şəriflinin, Mahmud Mustafayevin, Əsma Güşadın, İnna Seleznyovanın, Elmira Novruzovanın, Nərmin Nəsibovanın, Səkinə Cəfərlinin, Aynur Nuriyevanın və Qəmər Səfərova.
Rəssamların 34 rəsm əsəri nümayiş olunur.

Sərgi hamının zövgünə oxşadı və ziyarətçilərdə Azərbaycan incəsənəti haqqında xoş təəssüratlar yaratdı.

Sonda iştirakçı rəssamlara sertifikatlar,  sərginin kataloqu və hədiyyələr verildi.  Sərginin kataloqunun ilk səhifəsi cənab Preziden, Möhtərəm Ali Baş Komandan İlham Əliyevin Novruz Bayramı və Azərbaycan mədəniyyəti haqqında dediyi sitatlardan istifadə edilmişdir.

Səfər çərcivəsində gənc rəssamlar bir günlük Vaşinqton şəhərinə gedəcək, Ağ Ev muzeyini və digər muzeyləri ziyarət edəcəklər.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Çingiz Abdullayevin “Riyakarın iflası” kitabının tərcüməsinin prezentasiyası keçirildi

Çingiz Abdullayevin “Riyakarın iflası” kitabının tərcüməsinin prezentasiyası…
►►►
İncəsənət / Dəb

Bakıda növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək

Bakıda növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək 1-3 may 2026-cı tarixlərində…
►►►