Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda!
Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda solo konsert proqramı ilə çıxış edəcək.
Zərifliyi, duruşu və isti enerjisi ilə milyonların qəlbini fəth edən Evgin aprelin 19-da Heydər Əliyev Sarayında unudulmaz ab-hava yaradacaq.

Konsertin təşkilatçısı – Youth Event.
“İşte Öyle Bir Şey”, “Söyle Canım”, “Sevdan Olmasa”, “Deli Divane” kimi mahnıları yaddaşlara həkk olunan sənətçi bu özəl konsertində musiqisevərləri xoş səyahətə çıxaracaq.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından əldə etmək mümkündür.
Qitmət : 55 – 260 Azn








