Gülayın möhtəşəm solo konserti keçirilib
24 aprel Heydər Əliyev Sarayında Azərbaycanın sevilən ifaçısı Gülayın möhtəşəm solo konserti keçirilib.
Konsertdə Gülayın sənət dostları, məşhur aparıcılar, bəstəkarlar, qızı Sahilə və digər ailə üzvləri iştirak edib.

“Doya-doya” adlı gecədə tamaşaçılar duyğusal və zəngin musiqi proqramının şahidi olublar. Səhnədə sənətçinin illərdir sevilən hitləri səsləndirilib və dinləyicilər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Konsert zamanı çıxış edən Gülay Zeynallı zalda onu sevənlərin əksəriyyətinin qadın olmasından məmnunluğunu ifadə edib. O bildirib ki, bir xanım sənətçinin dinləyicilərinin böyük hissəsinin qadınlardan ibarət olması xüsusi və xoş bir hissdir.
Günel Həsənova








