“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

Kino və təbiət qoynunda istirahət sevənlər Şamaxıda unudulmaz axşamlar keçirə bilərlər. “Abqora” restoranının ərazisində premium kinoteatrlar şəbəkəsi “CineMastercard” və Azərbaycanın ilk orqanik şərab istehsalçısı olan “Meysari” şərabları ilə birgə layihəsi çərçivəsində Open Air Cinema fəaliyyət göstərir.

Kinoseanslar hər həftənin cümə, şənbə və bazar günləri, eləcə də bayram günlərində təşkil olunur. Repertuarda müxtəlif janrlarda ən çox gözlənilən premyeralar və məşhur filmlər nümayiş etdirilir ki, bu da hər yaşda olan tamaşaçılara xoş və yaddaqalan anlar yaşadır.

Filmlər və seans cədvəli haqqında məlumatı “CineMastercard” kinoteatrlar şəbəkəsinin rəsmi səhifəsindən və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Əlavə məlumat üçün: (+994 55) 756 66 55.

“CineMastercard” qonaqlarına keyfiyyətli kino, komfortlu istirahət və unudulmaz təəssüratları bir araya gətirən yeni əyləncə formatları təqdim etməyə davam edir.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►