Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Şirkət “Premium” tariflərinin eksklüziv üstünlüklərini genişləndirir.

“Azercell Telekom” MMC “Premium” tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə davam edir. 

Bu dəfə şirkət “Premium” və “Premium+” tariflərinin istifadəçiləri üçün yeni tərəfdaşlıq kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər Atəşgah Sığorta-nın “Səyahət sığortası” xidmətindən 20% endirimlə yararlana biləcəklər. Xarici səfərlər zamanı yarana biləcək müxtəlif risklərə qarşı təminat təqdim edən bu xidmət Azercell abunəçilərinə daha rahat və təhlükəsiz səyahət təcrübəsi qazandırır.

“Premium” və “Premium+” tariflərinin abunəçiləri kampaniyadan yararlanmaq üçün “Azercell” tətbiqinin “Eksklüziv təkliflər” bölməsindəki “Atəşgah Səyahət Sığortası” banneri vasitəsilə müraciət edə bilərlər.

Kampaniya haqda ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/personal/premium-plus.html

Əlaqədar məqalələr
City Life

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir Kino və təbiət…
►►►
City Life

Yelo Bank gənc xanımların mentorluq proqramının....

Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib Yelo…
►►►
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►