“CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır

“CineMastercard” premium kinoteatrlar şəbəkəsi Sea Breeze ərazisində yerləşən CaspiMayr Retreat Beach Resort-da yeni Open Air Cinema açır.

Yeni məkan Sea Breeze-in mədəni və əyləncə həyatının bir hissəsinə çevrilərək sakinlərə və kurortun qonaqlarına axşam istirahəti üçün unikal format təqdim edəcək. Açıq havada böyük ekran, rahat baxış zonası, yüksək keyfiyyətli görüntü və səs, eləcə də Xəzər dənizi sahilinin özünəməxsus ab-havası kino izləyicilərinə tamamilə yeni təəssüratlar bəxş edəcək.

Open Air Cinema-nın əsas özəlliklərindən biri xüsusi seçilmiş repertuar olacaq. Populyar filmlərlə yanaşı, tamaşaçıları ənənəvi kinoteatrlarda nümayişi artıq başa çatmış, lakin yay kinoteatrının fərqli formatında yenidən böyük ekranda təqdim olunacaq filmlərin eksklüziv nümayişləri gözləyir. Bu format tamaşaçılara kinoteatr nümayişi zamanı izləməyə fürsət tapmadıqları əlamətdar filmləri izləmək və ya sevdikləri ekran əsərlərinə yenidən baxmaq imkanı yaradacaq.

İlk film nümayişi 16 iyul saat 20:00-da keçiriləcək. Tamaşaçılara son illərin ən uğurlu milli kino layihələrindən biri olan və 300 000-dən çox baxış toplayan “Tağıyev. Neft” bədii filmi təqdim ediləcək.

Open Air Cinema ailə və dostlarla asudə vaxt keçirmək üçün yeni məkana çevriləcək. Burada film izləmək dolğun axşam proqramının bir hissəsi olacaq. Layihə yüksək keyfiyyətli kino nümayişini, rahatlığı və dənizkənarı məkanın üstünlüklərini bir araya gətirərək Sea Breeze sakinlərinə və qonaqlarına axşam istirahəti üçün yeni format təqdim edəcək.

“CineMastercard” film izləməyi yaddaqalan və parlaq hadisəyə çevirən məkanlar yaradaraq müasir kino nümayişi formatlarını inkişaf etdirməyə davam edir.

Əlaqədar məqalələr
City Life

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası…
►►►
City Life

Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı başladı!

Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı başladı! Gənclərin karyera…
►►►
City Life

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb 2026-cı ilin ilk altı…
►►►