Festivalları fəth edən film indi yalnız park cınemada!

Ötən gün Park Cinema Flame Towers kinoteatrında ilin ən çox gözlənilən ekran əsərlərindən biri olan “Dantenin Kodeksi” filminin xüsusi fanat nümayişi keçirildi. Tədbirdə media nümayəndələri, kino tənqidçiləri, blogerlər və bilet almış tamaşaçılar iştirak edərək filmi ilk izləyənlər sırasında yer aldılar.

Nümayiş iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və film haqqında ilk təəssüratlar yüksək qiymətləndirildi.

Beynəlxalq kino festivallarında nümayiş olunaraq diqqət çəkən və kinosevərlərin marağını qazanan “Dantenin Kodeksi” artıq dünya kinoteatrlarında nümayişə başlayıb.

“Dantenin Kodeksi” filmi həm ingilis, həm də rus dillərində eləcə də Azərbaycan dilində altyazı ilə eksklüziv olaraq yalnız Park Cinema kinoteatrlarında nümayiş olunur.

Filmin süjeti XXI əsrdə yaşayan yazıçı Nikin Dante Aligyerinin “İlahi Komediya” əlyazmasını oğurlamaq üçün təhlükəli missiyaya cəlb olunmasından bəhs edir. XIV əsrdə yaşayan Dante ilə paralel inkişaf edən hadisələr sirr, dram və tarixi motivləri bir araya gətirərək tamaşaçını fərqli dövrlər arasında maraqlı bir səyahətə aparır.

Biletlər: https://new.parkcinema.az/az/movie/6a4769a951f6545d3aa51a4c

Əlaqədar məqalələr
City Life

“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi!

“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi! Maliyyə dünyasının…
►►►
City Life

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda 95-ci yubiley ilini qeyd edən Azərbaycan…
►►►
City Life

“AzerGold” QSC vətəndaşları saxta investisiya....

“AzerGold” QSC vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə…
►►►