Azərbaycan və Almaniya KOB-ları arasında əməkdaşlıq müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniyanın İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının idarəedici direktoru Urs Unkauf ilə görüşüb. Görüşdə birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.