Azərbaycan – Qətər Birgə Biznes Şurası yaradıldı

Qətərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatası arasında Azərbaycan – Qətər Birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Əli Bin Əbdüllətif Əl Mesned imzalayıblar.Azərbaycan-Qətər Biznes Şurası ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının ümumi vəziyyəti və gələcək istiqamətlərinin müzakirə ediləcəyi, sahibkarlar arasında əlaqələrin təşviq olunacağı platforma olacaqdır. Biznes Şurası tərəfindən Azərbaycan və Qətər arsaında ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüsləri dəstəklənəcək, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına köməklik ediləcək, sahibkarların qarşılıqlı səfərləri, görüşləri, birgə seminarlar və dəyirmi masalar təşkil olunacaq, iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsi həyata keçiriləcək, birgə müəssisələrin və digər qarşılıqlı əməkdaşlıq formalarının yaradılmasına və fəaliyyətinə dəstək göstəriləcəkdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►