UNICEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları tullantıların idarəolunması prosesi ilə tanış oldular

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Bakı bərk məişət tullantılarının yandırılması zavodunda olublar.  Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi ilə mübarizədə  tibbi tullantıların idarə edilməsi üzrə  qiymətləndirmə məqsədi daşıyan görüşdə qonaqlara zavodun fəaliyyəti və burada yaradılan şərait haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2012-ci ildən fəaliyyətə başlayan  zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Zavod dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub.  Bakı şəhərində əmələ gələn tullantıların  yandırılması nəticəsində 200 mln KVt saata qədər elektrik enerjisi istehsal olunduğu diqqətə çatdırılaraq,  bunun da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaratdığı vurğulanıb. Təsərrüfat sahəsinə səfər çərçivəsində qonaqlar tullantıların yandırılması prosesini əyani şəkildə izləyiblər.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır

Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır Bu ay 8000…
►►►
Elm / Texnologiya

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır Bu il paytaxtımız dünyanın ən…
►►►
Elm / Texnologiya

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir 31 avqust – 5…
►►►