Serbiyaya səfər çərçivəsində işgüzar görüş keçirilib

Belqradda keçirilən Serbiya-Azərbaycan Biznes Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Serbiyanın Ticarət və Sənaye Palatası və Serbiyanın İnkişaf Agentliyinin nümayəndələri ilə görüşüb.

Görüşdə hər iki ölkənin özəl sektoru arasında əməkdaşlığın genişləndirilməsi və gələcək tərəfdaşlıq istiqamətləri müzakirə olunub.