Azərbaycan Pərəkəndə Geyim İdxalçıları Assosiyasiyasının İdarə heyətinin sədri KOBİA yanında İctimai Şurayaya üzv seçilib

Dekabrın 2-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilər keçirilib və şuraya vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvlər seçilib.

Azərbaycan Pərəkəndə Geyim İdxalçıları Assosiyasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzinin namizədliyi KOBİA yanında İctimai Şuraya keçirilən seçkilərdə irəli sürülüb. Seçkilərin nəticələrinə əsasən AFRA İdarə Heyətinin sədri İctimai Şuranın üzvü seçilib.

Qeyd edək ki, Azərbaycan Pərəkəndə Geyim İdxalçıları Assosiyasiyası (AFRA) aktiv fəaliyyətə 2022-ci ilin mart ayından başlayıb. Hazırda Assosiasiyanın 93 brend və 249 mağaza ilə təmsil olunan 33 üzvu var.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►