“Improtex Motors” şirkəti yeni nəsil BMW 7-ci Seriya və yeni “BMW X7” avtomobillərini Azərbaycanda təqdim etdi
BMW lüks seqmentini davamlılıq və rəqəmsallaşma sahələrindəki innovasiyalarla formalaşacaq yeni dövrə aparır. Yeni 7-ci Seriya ilə BMW dünyanın ən uğurlu premium avtomobil istehsalçısı olaraq – sürücülük zövqündən, misilsiz rahatlıqdan və yüksək səviyyəli rəqəmsal təcrübədən zövq almaq üçün perspektivlər açır. BMW i7- tamamilə elektriklə işləyən model, lüks sedan ailəsinə tam inteqrasiya olunmuş üzv olaraq, eksklüziv sürücülük təcrübəsinin və sükan arxasında ən yüksək rifah hissinin davamlılığa necə birləşdirilə biləcəyini aydın şəkildə nümayiş etdirir.
Eksklüzivlik, mükəmməl dinamika, genişlik və çox yönlülüyün təkrarolunmaz kombinasiyası ilə BMW X7 tez bir zamanda lüks sinifdə ən uğurlu BMW modeli oldu. İndi brendin ən böyük İdman Fəaliyyəti Vasitəsinin (SAV) unikal xarakter profili, geniş dizayn təkmilləşdirmələri, xüsusən də vizual cəhətdən təsirli ön hissə – üstəgəl yeni görünüşlü M Sport paketi, 23 düymədək yüngül lehimli disklər, BMW Curved Display və BMW Əməliyyat Sistemi 8 daxil olmaqla ən son nəsil iDrive idarəetmə/əməliyyat sistemi sayəsində nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb. Yeni BMW X7 həmçinin genişlənmiş standart avadanlığın çeşidi, əlavə sürücüyə yardım sistemləri və təklif olunan üç mühərrik variantı üçün ən son 48V yumşaq hibrid texnologiyası ilə təklif olunur.
Yeni BMW X7 premium avtomobil istehsalçısının, model sırasının ən eksklüziv seqmentlərinə davamlı diqqət mərkəzində olan mərkəzi fiqurdur. Yeni X7 ABŞ-ın Cənubi Karolina ştatında BMW X modelləri üçün mərkəzi olan Spartanburq-dakı BMW Group zavodunda istehsal ediləcək. Yeni BMW X7-nin qlobal təqdimatı 2022-ci ilin avqustunda başlayacaq.
Güc simvolu, hazırkı modelin inkişafı üçün daha bir mərhələdir.
Yeni BMW 7-ci Seriya öz eksteryer və interyer dizaynında əsas məqamlara diqqət yetirərək müasir üslubu özündə cəmləşdirir. Lüks seqmentdə BMW avtomobilləri üçün ön hissənin dizaynında brendə xas xüsusiyyətlər üstünlük təşkil edir, lakin bu modellər və BMW seriyasındakı digərləri arasında aydın fərq saxlanılır. BMW “Theatre Screen”, BMW 8-ci nəsil ən son Əməliyyat Sistemi ilə BMW iDrive multisensorlu avtomobil təcrübəsi, üstəgəl BMW “Curved Display” və avtomatlaşdırılmış parkinq və manevr üçün “Manevr Yardımçısı” kimi innovativ xüsusiyyətlər dəbdəbəli sedanın mütərəqqi xarakterini vurğulayır. Təkmilləşdirilmiş rahatlıq səviyyəsinə və unikal avtomobildaxili əyləncə sisteminə əlavə olaraq, optimallaşdırılmış uzanan oturacaq mövqeyi və yeni BMW “Individual Merino” dəri/kaşmir yun interyer ilə arxa hissə – “Executive Lounge” seçimi avtomobilin içərisində rifahı maksimum dərəcədə artırmaq üçün qabaqcıl yenilikdir.
Seçim olaraq verilən, yeni dizayn edilmiş M Sport paketi BMW X7-nin dinamik idarə olunma xüsusiyyətlərini daha da parlaq vurğulayır. Eksteryer və interyer üçün M-ə xas dizayn xüsusiyyətləri də BMW X7 M60i xDrive-ın performans atributlarını aydın şəkildə vurğulayır. M Marina Bay Blue metal boyası yalnız BMW M modeli üçün sifariş edilə bilər. Eksteryer rəng çeşidinə daha bir yeni əlavə, Sparkling Copper Grey metaldır. Yeni BMW X7-də standart olaraq 20 düymlük yüngül lehimli disklər quraşdırılıb. M Sport paketi ilə müəyyən edilmiş ən yüksək səviyyəli model və avtomobillər 21 düymlük M yüngül lehimli disklərlə təchiz edilmişdir. İstəyə bağlı 23 düymlük yüngül lehimli disklər ilk dəfə BMW modeli üçün mövcuddur.
“Improtex Motors” haqqında:
“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.