BAKIDA KEÇİRİLƏCƏK 7-Cİ BEYNƏLXALQ İTALİYA MƏTBƏXİ HƏFTƏSİ
(05-09 DEKABR 2022)

taliya Respublikasının Azərbaycandakı Səfirliyi, ICE-İtaliya Ticarət Agentliyinin birgə əməkdaşlığı ilə “Birlik,davamlılıq və innovasiya: insanların sağlamlığı və planetin qorunması üçün İtalyan mətbəxinin inqrediyentləri” mövzusuna həsr olunmuş Dünya İtalyan Mətbəxi Həftəsinin VII buraxılışını təşkil olunacaq.

2022-ci ildə Azərbaycanda keçiriləcək tədbirdə İtaliyanın Piemonte bölgəsinin Guarene (CN) şəhərində yerləşən “La Madernassa Ristorante & Resort” restoranının Mişelin ulduzlu aşpazı Cüzeppe D’Erriko iştirak edəcək. Dekabrın 6-da aşpaz AZTV dövlət televiziyasının ən məşhur kulinariya proqramlarının birində “Risotto all’Oro Nero” resepti ilə master-klass keçirəcək.
Dekabrın 8-i saat 11.00-da italyan aşpaz CÀSÀ – Azərbaycan Kulinariya İncəsənət Mərkəzi ilə birgə təşkil olunmuş tədbirdə “Ciapinabo” resepti ilə masterclass keçirəcək. Tədbirə yerli media və mətbuat nümayəndələri, blogger/influencerlər və mərkəzin tələbələri dəvət olunacaqlar. 7 və 9 Dekabr Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksək vəzifəli şəxslər, müxtəlif sahibkarlar, əsas riteyl şirkətləri və yerli idxalçılar üçün “Four Seasons Hotel”də aşpaz tərəfindən hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.
Dekabr ayı bu həftə ərzində italiyan mətbəxinin və şərabının mükəmməlliyini nümayiş etdirmək məqsədi Ilə ADA Universiteti, Scalini Restoranı, Fairmont və Four Seasons kimi nüfuzlu yerlərdə Made in Italy yeməklərinin və şərablarının təqdimati və dequstasiyası tədbirləri keçiriləcək.

Əlaqədar məqalələr
City Life

“AzerGold” QSC vətəndaşları saxta investisiya....

“AzerGold” QSC vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə…
►►►
City Life

“CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır

“CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema…
►►►
City Life

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası…
►►►