Mərakeş Azərbaycan gənc rəssamlarının gözü ilə

Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Mərakeşin Bakıdakı Səfirliyi 08 dekabr 2022-ci il tarixində “Mərakeş Azərbaycan gənc rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi təşkil etmişdir.

Xatırladaq ki, Səfirlik ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə yanaşı, digər iki mühüm hadisə, o cümlədən, şanlı Yaşıl Yürüşün 47-ci ildönümünü, eləcə də  Mərakeşin Müstəqilliyinin 67-ci ildönümü  qeyd etmək məqsədi ilə 6-18 yaş arası gənc azərbaycanlı rəssamlar üçün bu Müsabiqəyə 2022-ci ilin avqustunda başlamışdır.

Bu mədəni tədbirdə iştirakçılar üç yaş kateqoriyasına bölünüb: 6 yaşdan 10 yaşa qədər, 10 yaşdan 14 yaşa qədər və 14 yaşdan 18 yaşa qədər. Qalib olan rəsmlər tanınmış Mərakeş və Azərbaycan rəssamları Mahi Binebine, Abderrahim Yamou, Əsmər Nərimanbəyova və Nərgiz Quliyevadan ibarət olan münsiflər heyəti tərəfindən seçilib.

Rəsm müsabiqəsi böyük uğurla keçmiş və Səfirlik Azərbaycanın bütün bölgələrindən 500-dən çox gənc rəssamların əsərlərini qəbul etmişdir. Bu həvəs gənclərin mədəniyyətə, xüsusən də rəssamlığa olan böyük marağını, eyni zamanda Mərakeşə qarşı Azərbaycan cəmiyyətində xüsusi yerə malik olan mübahisəsiz rəğbət əks etdirir.

Səfirlik xüsusi olaraq bu məqsədə həsr olunmuş internet saytını (https://www.marakeshresm.art/) yerləşdirmişdir ki, burada hər bir iştirakçı Müsabiqənin qaydaları ilə maraqlana və Mərakeş haqqında mövzular və şəkillərlə bağlı təkliflər vasitəsilə ilhamlala bilsin.

Mükafatlandırma mərasimi nüfuzlu Beynəlxalq Muğam Mərkəzində (BMM) bir sıra şəxsiyyətlər, o cümlədən Azərbaycan rəsmiləri, parlament üzvləri və diplomatik korpusun üzvləri, incəsənət xadimləri, azərbaycanlı gənclər, eləcə də bir sıra mühüm media nümayəndələrinin iştirakı ilə baş tutub. Bu hadisə mediada geniş işıqlandırıldı, xüsusən də Azərbaycan televiziya kanallarının iştirakı ilə.

Əlahəzrət Kralın səfiri H.E.M Mohamed Adil Embarch çıxışında Mərakeş ilə Azərbaycan arasında bir çox oxşarlıqları birləşdirən möhkəm dostluq əlaqələrini xatırladıb. Onun sözlərinə görə, iki ölkə tolerantlıq və sülh yaşama rəmzidir. Cənab Embarch hər iki ölkənin unikal, rəngarəng özünəməxsusluğu və mədəniyyətini formalaşdıran zəngin tarixə malik olduğunu söylədi.

O, öz işləri ilə mübahisəsiz keyfiyyət və zəngin yaradıcılıq nümayiş etdirən bütün iştirakçılara təşəkkürünü bildirdi.Yalnız 9 qalib çətinliklə seçilibsə, hər kateqoriya üçün 3 qalib, cənab Embarh hesab edirdi ki, iştirakçıların  hamısı Səfirliyin hörmətini qazanmışdır. O qeyd edib ki, əsərlər müxtəlif texnikaları (quaş, akvarel, şüşə üzərində rəsm və s.) ilə seçilir. O, həmçinin münsiflər heyətinin üzvlərinə, beynəlxalq miqyasda tanınan sənətçilərə peşəkar iştiraklarına və bu Müsabiqənin uğur qazanmasında verdikləri töhfəyə və həmçinin, Mərakeş vətəndaşı cənab Khalid Samaka tərəfindən idarə olunan tərəfdaş şirkət Holcim Azərbaycana təşəkkürünü bildirdi.

Mükafat mərasimi həm də Mərakeş və Azərbaycan musiqi irsini qeyd etmək üçün bir fürsət idi. Ənənəvi muğam musiqi truppası “Bent Bladi”, “İnas İnas”, “Raksat Al Atlas” kimi Mərakeş mahnılarını, eləcə də məşhur Azərbaycan mahnılarını ifa edib.

Əlaqədar məqalələr
City Life

Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur”....

Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq…
►►►
City Life

1 dəqiqəlik film çək, yeni smartfon əldə et!

1 dəqiqəlik film çək, yeni smartfon əldə et! Park Cinema Hollivudun tamamilə smartfona…
►►►
City Life

KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilib

KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilib “Startap” şəhadətnaməsi KOB…
►►►