Yelo Bank-da gənc hüquqşünaslar üçün təlim keçirildi

Yelo Bank-ın təkilati dəstəyi ilə ELSA Azərbaycanın (European Law Students’ Association) “Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsi baş tutdu. Layihə çərçivəsində Bankın tədbir zalında yerli və beynəlxalq tələbələrin iştirakı ilə iki sessiyalı təlim keçirildi. “Qaçqın və məcburi köçkünlərin hüquqları” mövzusuna həsr olunmuş təlimlərdən sonra iştirakçıların sualları cavablandırıldı. Layihənin əsas məqsədi hüquq tələbələrini və gənc hüquqşünasları maarifləndirmək, praktiki biliklərinin inkişafı üçün şərait yaratmaq və onların gələcək karyeralarına töfhə verməkdir. Layihənin sonunda iştirakçıların törədilmiş dağıntılar, müharibə cinayətlərinin real nəticələri ilə tanış olmaları üçün Şuşa şəhərinə səfər təşkil olundu.

Xatırladaq ki, Yelo Bank istedadlı gənclərə dəstək üçün bir sıra təşkilatlarla əməkdaşlıq edir. Bundan əvvəl Bank ELSA Azərbaycanın İnsan Hüquqları Natiqlik müsabiqəsinin təşkilində və həyata keçirilməsində dəstək göstərib.

Bank xidmətləri, həmçinin istehlak krediti (https://www.yelo.az/az/individuals/loans/consumer-loan/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►