KOBİA ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Dekabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cü iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Georgi Pertaya imzalayıb.

Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank QSC Oturacaqların təchizatı üzrə tender elan edir.

AccessBank QSC Oturacaqların təchizatı üzrə tender elan edir. AccessBank QSC maraqlanan…
►►►
İqtisadiyyat / Biznes

"GL" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

“GL” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir 1…
►►►
İqtisadiyyat / Biznes

Estoniya ilə ticarət dövriyyəsinin dinamikası müsbətdir

Estoniya ilə ticarət dövriyyəsinin dinamikası müsbətdir Bu ilin yanvar-oktyabr aylarında…
►►►