ROLLS-ROYCE PHANTOM-un yeni təcəssümü eksklüziv media tədbiri ilə ROLLS-ROYCE MOTOR CARS BAKU satış sərgi salonunda debüt edib

Phantom-un yeni təcəssümü olan Phantom II Seriya eksklüziv media tədbiri ilə Rolls-Royce Motor Cars Baku satış sərgi salonunda debüt edib.

Phantom lüks dünyasının ən zirvəsindədir. O, brendin flaqmanı olmaqla Rolls-Royce-un dizayn, mühəndislik və sənətkarlıq zirvəsidir.

Rolls-Royce Motor Cars Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar Direktoru Frank Tiemann şərh edib: Phantom II seriya ilə biz müştərilərimizin zövq və tələblərinin təkamülünü əks etdirən bəzi incə, lakin əhəmiyyətli dəyişikliklər əlavə etməklə, bu heyrətamiz lüks avtomobilinin həvəskarlarının sevdiyi hər şeyi diqqətlə qorumuşuq.

Barmaqlığın üzərindəki parlayan işıqlar cilalanmış üfüqi xətt görünüşünü daha da artırdı. Bu, Phantom-a yeni, müasir və inamlı görünüş bəxş edərək, onun sərbəst idarə olunmaq üçün yaradıldığını vurğulayır.

Barmaqlığın dizaynında incə həndəsi dəyişikliklərlə RR monoqramı və “Spirit of Ecstasy” fiquru daha çox gözə çarpır. Barmaqlıqlar işıqlandırıldı və gündüz parlayan işıqlar lazerlə kəsilmiş ulduz klasteri ilə bəzədilib. Salonun tavanındakı “ulduzlu səmanı” əks etdirən yeni işıqlandırma dizaynı Phantomun qaranlıqda təsvirini daha da möhtəşəm edir. Avtomobilin profili üçbucaqlı kənarları olan 3D-frezeli paslanmayan polad təkərlər ilə yeni dizayn edilib. Onlar həm tam cilalanmış, həm də birləşdirilmiş şəkildə sifariş edilə bilər. Phantom-u 1920-ci illərin Rolls-Royce avtomobillərinin estetikasını xatırladan nəfis yeni dizaynla da sifariş etmək olar. Təkərlər həm cilalanmış paslanmayan poladda, həm də yer üzərində uçmanın təsirini mükəmməl şəkildə çatdırmaq üçün qara rəngdə mövcuddur.

Phantom-un dəbdəbəli interyeri çox dəyişməyib. Sükan çarxı bir qədər qalınlaşaraq, sahibi ilə avtomobili arasında emosional əlaqəni gücləndirib.

Phantom və Phantom Extended iki fərqli yanaşmanı təmsil edən fərqli xarakterə malikdir: Phantom ilk növbədə avtomobili özləri idarə etmək həvəskarlarının seçimidir, Phantom Extended isə arxa oturacaqdan yolu idarə etməyə üstünlük verənlər üçün nəzərdə tutulub – bu, avtomobil sürücü tərəfindən idarə olunmaq uçün mükəmməl avtomobildir.

Səkkizinci nəsil Phantom ideyaların həyata keçməsi üçün boş bir kətandır. Bespoke fərdiləşdirmə proqramının imkanları sayəsində avtomobil öz sahibinin zövqünün və xarakterinin əsl təcəssümünə çevrilə bilər.

Tədbirə ev sahibliyi edən Improtex Motors və Rolls-Royce Motor Cars Baku şirkətlərinin Baş Direktoru Bayram Yaqubov vurğuladı: “Markanın zirvə məhsulu kimi Phantom Azərbaycanda Rolls-Royce müştərilərinin elit təbəqəsini cəlb edir. Onlar, öz sahələrində müvəffəqiyyətli, qətiyyətli və tələbkar insanlardır. Phantom həmişə müştərinin istədiyi kimi olub; təkcə “dünyanın ən yaxşı avtomobili” deyil, həm də onlar üçün ən yaxşı avtomobil”.

TEXNİKİ GÖSTƏRİCİLƏR

Phantom II-ci seriya:

WLTP (qarışıq dövrə): CO2 emissiyaları: yanacaq sərfiyyatı: 17.7-18.2mpg / 15.5-16.0l/100km.

Phantom Extended II-ci seriya:

WLTP (qarışıq dövrə): CO2 emissiyaları: yanacaq sərfiyyatı: 17,4-18,1 mpg / 15,6-16,2 l/100 km.

Əlaqədar məqalələr
Boys & Toys

Red Bull Car Park Drift yarışının qalibi müəyyən oldu

Red Bull Car Park Drift yarışının qalibi müəyyən oldu Dövlət Bayrağı Meydanının…
►►►
Book CafeBoys & Toys

Kvars yoxsa mexaniki saatlar ?

Kvars yoxsa mexaniki saatlar ? Əsas fərqlər Kvars saatları mikroçipdən və batareyadan…
►►►
Boys & ToysCity Life

Red Bull yağlı dirək yarışı ilk dəfə Bakıda

Red Bull yağlı dirək yarışı ilk dəfə Bakıda 22 iyul tarixində, Pirallahıda yerləşən…
►►►