Sevda Ələkbərzadə Türkiyədə konsert verəcək

Əməkdar artist Sevda Ələkbərzadə uzun fasilədən sonra ölkəxaricində geniş kütlə qarşısına çıxacaq.

O, Türkiyənin caz musiqiçisi, saksafon ifaçısı Anıl Şallıellin dəvəti ilə 23 fevral tarixində İstanbulun məşhur konsert salonu “Grand Pera”da həmkarı ilə konsert verəcək.

Məlumata görə, iki qardaş ölkənin məşhur musiqiçiləri bir müddət öncə birlikdə “Excited” adlı albom hazırlayıblar. Elə sözügedən konsertdə də bu albomdakı bütün musiqilər canlı şəkildə ifa olunacaq.

“Düşünürəm ki, bu albom Türkiyənin nəinki ən maraqlı musiqi toplusudur. Hətta onların da dediyi kimi indiyə qədər bu cür Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli, klassik musiqi dalğasını özündə əks etdirən bir albom olmayıb” – deyə Sevda Ələkbərzadə əlavə edib.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

ELF Studio

ELF Studio ELF Studio— профессиональный салон красоты в…
►►►
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►