Sosial sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçirilib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə “Sosial sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu” keçirilib.

Dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığının çəkisinin, onların sosial sahibkarlığa marağının artdığını qeyd edib. Bildirilib ki, Azərbaycanda fərdi sahibkarlar arasında qadınların çəkisi 22%-ə yaxındır. Eyni zamanda iqtisadi fəal əhalinin 49%-ni qadınlar təşkil edir. KOBİA da mandatına uyğun olaraq, sosial sahibkarlığın və qadın sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Agentlik tərəfindən ötən müddət ərzində 5 qadın sahibkara qrant, 11 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib, Almaniya-Azərbaycan birgə Proqramından 100-dən çox qadın sahibkar və menecer yararlanıb. 2022-ci ildə Agentliyin KOB inkişaf mərkəzlərinin keçirdiyi təlimlərdən 4 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►